"Barselona"nın kapitanı Lionel Messi əfsanəvi Pelenin rekordunu qırmasına münasibət bildirib.
Newsport.az xəbər verir ki, argentinalı hücumçu bu barədə şəxsi İnstaqram hesabından paylaşım edib. O, bununla bağlı qeyd edib:
"Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişdim. Daha əvvəlki rekord Peleyə məxsus idi. Dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə minnətdaram".
Xatırladaq ki, Messi La Liqanın son turunda "Valyadolid"lə matçda (3:0) fərqlənməklə bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib. O, Kataloniya klubundakı ümumi qol sayını 644-ə çatdırıb. Pele isə "Santos"da 643 qol vurub.