Kosta "Atletiko"dan ayrılır

"Atletiko"nun futbolçusu Dieqo Kosta Madrid klubundan ayrılmaq fikrindədir.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu müqaviləsini yeniləmək istəmir.

Onun yanvar ayında komandadan ayrılacağı bildirilib. Futbolçunun paytaxt təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, Kosta zədə səbəbindən bu mövsüm cəmi 7 oyuna çıxıb və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right