La Liqanın son turunda “Real Sosyedad”la keçirilən matç “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Newsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin komandası rəqibini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, Simeone Madrid klubu ilə bütün turnirlərdə 300-cü qələbəsini qazanıb. O, yubiley qələbəsini 499-cu oyununda qazanıb.
Qeyd edək ki, “Atletiko” çempionatın turnir cədvəlində 32 xalla liderdir.