Avstriyanın “Zalsburq” klubunun iki futbolçusunda dopinq aşkarlanıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testlərin müsbət nəticə verdiyi bildirilib.
Mali yığmasının üzvü olan hər iki futbolçu qadağan olunmuş maddəni millinin düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.
Futbolçular həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən stadionda keçirilib.
Klub UEFA və əlaqədar qurumlarla məsələnin aydınlaşdırılacağını açıqlayıb.