"Stadionda azarkeş olmayanda oyunlar məşq kimi hiss olunur" Messi

"Barselona"nın kapitanı Lionel Messi koronavirus səbəbindən stadionlara azarkeşlərin buraxılmamasından danışıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı hücumçu azarkeşsiz oynamağın çətin olduğunu deyib:

“Azarkeşsiz oynamaq dəhşətlidir. Hisslər xoş deyil. Stadionda azarkeş olmadığı zaman matçlar məşq kimi hiss olunur və nəhayət oyuna köklənmək çox vaxt aparır.

Ona görə də indi bərabər matçlar çoxdur. Pandemiya futbolun çox pis bir şəkildə dəyişməsinə səbəb oldu. Ümid edirəm ki, bütün bunlar bitdikdən sonra insanları stadionlara qaytara biləcəyik və özümüz də normal həyata qayıdacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right