Benzema Messi və Ronaldonun hegemonluğuna son qoydu

Futbol üzrə İspaniya çempionatının ən yaxşı oyunçusu məlum olub.
 
Newsport.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Kərim Benzema “Marca”nın versiyasına görə İspaniya çempionatında 2019/20 mövsümünün ən yaxşı oyunçusu elan edilib.
 
“Real” ötən mövsüm 87 xalla İspaniya çempionu olmuşdu. Fransız futbolçu isə La Liqa çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub, 8 məhsuldar ötürmə etmişdi.
 
Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kristiano Ronaldo mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.
 
Benzema “Real”da 2009-cu ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm İspaniya çempionatında 7 qol vurub, 5 məhsuldar ötürmə edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right