"Düzdür, yayı çox pis keçirdim. Onda mövsümün necə bitəcəyindən narahat idim. Ancaq indi yaxşıyam və hər cəbhədə ciddi mübarizə aparmaq istədiyimi hiss edirəm".
Newsport.az xəbər verir ki, bu sözləri "Barselona"nın kapitanı Lionel Messi AS nəşrinə açıqlamasında deyib.
Aayda "Barselona"dan ayrılmaq fikrinə düşməsi haqda danışan argentinalı hücumçu artıq komanda üçün mübarizə aparacağını və bu fikirdən daşındığını bildirib:
"Həm komandanın, həm də klubun çətin dönəmdən keçdiyini bilirəm. “Barselona”nı əhatə edən hər şeyin mənfi təsiri var. Amma burada sona qədər mübarizə aparacağam”.
Qeyd edək ki, 33 yaşlı hücumçunun Kataloniya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onunla "Mançester Siti" və PSJ-nin maraqlanmasına dair xəbərlər yayılıb.