Salah "Real"a keçmək istəyir

“Liverpul”un futbolçusu Məhəmməd Salah “Real”a keçə bilər.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, misirli hücumçu Madrid klubunda çıxış etmək istəyir. Onun bu istəyini yaxın dostlarına söylədiyi qeyd olunub.

Mersisayd klubunun Salahın satışı üçün ən əlverişli variantı seçəcəyi bildirilib.


28 yaşlı futbolçu ilə “Mançester Siti” və PSJ də maraqlanır.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”da çıxış edən Salah bu mövsüm ümumilikdə 21 oyuna 16 qol vurub, 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right