İsrafilovun yeni baş məşqçisi müəyyənləşdi

İspaniyanın "Qranada" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandasını bundan sonra Xose Ramon Sandoval çalışdıracaq.

46 yaşlı mütəxəssis mövsümün sonunadək bu komandanın sükanı arxasında olacaq. Mövsümün sonuna isə cəmi 4 tur qalır və yeni baş məşqçinin hazırda 19-cu pillədə olan komandanı elitada saxlamağı bacarıb-bacarmayacağı bilinmir. "Qranada" bunun üçün sonda 17-ci olmalıdır.

Sanoval ötən gün istefaya göndərilmiş Abelya Rezinonu əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right