Argentina məhkəməsi əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürülməsinə qərar verib.
Newsport.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rəsmi məlumatlara görə, keçmiş argentinalı oyunçununun 5 övladı var. Ancaq daha 6 nəfər Maradonanın da onların atası olduğunu sübut etməyə çalışırlar. Buna görə də Maradonanın cəsədindən DNT testi üçün istifadə olunacaq.
Qeyd edək ki, əfsanəvi oyunçu noyabrın 25-i ürək tutmasından dünyasını dəyişib.