“Messinin yeni prezidentin təklifini dörd gözlə gözlədiyini bilirəm”

İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizəd olan Xuan Laporta komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.
 
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, Messinin Kataloniya klubunda qalacağını bildirib:
 
“Messini komandada saxlamaq üçün bütün bacarıqlarımızdan istifadə edəcəyik. Lionel sadəcə maddiyyata köklənməyib. Onun yeni prezidentin təklifini dörd gözlə gözlədiyini bilirəm. Onunla çox yaxşı münasibətim var, o da “Barselona”nı sevir. Messi mənə güvənir”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right