PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə 2022-ci ilin iyununda başa çatacaq müqaviləni uzatmağa tələsmək niyyətində deyil.
Newsport.az-ın məlumatına görə, fransalı oyunçu "Barselona" ilə qarşılaşacaqları Çempionlar Liqası 1/8 final matçının nəticəsini gözləməyi planlaşdırır.
Bildirilib ki, Kataloniya klubuna məğlub olunacağı təqdirdə, Kilian PSJ-dən ayrılmağı daha ciddi düşünməyə başlayacaq.
Mbappe karyerasını davam etdirmək üçün prioritet variant, bir neçə ildir onunla maraqlanan "Real"a keçməyi görür.
O, Madrid klubunun çalışdırıcısı Zinəddin Zidanla işləmək istəyir və əsas məqsədi Çempionlar Liqasını qazanmaqdır. Mbappe 2017-ci ilin yayından PSJ-də oynayır.