"Messi üçün ən münasib yer "Mançester Siti"di

Aggentina millisində Lionel Messi ilə birgə çıxış etmiş Pablo Zabaleta "Barselona"dan ayrılacağı təqdirdə ulduz futbolçu üçün ən uyğun komandanın "Mançester Siti" olacağını düşünür.

Newsport.az-ın məlumatına görə, bu barədə o, "Stadium Astro"ya açıqlamasında bildirib:

"Mançester Siti" Messi üçün ən münasib yerdi. Orda Serxio Aquero kimi dostu var. Üstəlik daha əvvəl "Barselona"da Pep Qvardiola ilə işləyib. Bir-birlərini yaxşı tanıyırlar. Hətta idarə heyətində bir sıra şəxslər də onunla tanışdı. Messi "Barselona"dan ayrılarsa və fərqli bir liqada, fərqli komandada oynamaq istəyərsə, ən münasib variant "Mançester Siti" olar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right