"Uşaq vaxtı Messiyə baxanda, ağlıma da gəlməzdi ki..."

“Barselona”nın hücumçusu Fati meydanda Lionel Messi ilə birgə olması haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Fati Leonun ona dəstək verdiyini bildirib.

Gənc futbolçu zədəsinin durumu haqda da məlumat verib:

“Messi? Onunla birgə oynamaq arzum olub. Uşaq vaxtı onun oyununa baxanda, ağlıma da gəlməzdi ki, nə vaxtsa Leo ilə birgə meydana çıxacam.

O, mənə böyük dəstək olur, məsləhət verir. Zədəm? Qayıtmağa hazırlaşıram. Yaxın vaxtlarda qayıdacağam və komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Fati “Barselona”nın futbol məktəbinin yetirməsidir. O, “Barsa”nın heyətində qol vuran ən gənc futbolçu kimi klubun tarixinə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right