"Bunu onun özünə də dedim, düzgün seçim etdiyini düşünmürəm" Lui van Qal

Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal “Mançester Yunayted”in futbolçusu Donni van de Beklə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis Donni van de Bekin “qırmızı şeytanlar”a keçməsini səhv addım hesab edib:

“Ümid edirəm ki, o, şans qazanacaq, amma onun düzgün seçim etdiyini düşünmürəm. Bunu onun özünə də dedim. Pol Poqba və Bruno Fernandes varsa, Donni van de Bek hansı mövqedə oynamalıdır?

O, Poqba və Fernandesin keyfiyyətlərinə sahib deyil. Məncə, belə bir vəziyyətin olacağını əvvəldən anlamaq mümkün idi. Onun özünü daha yaxşı göstərə biləcəyi çoxlu komandalar var”.

    




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right