"Barselona"nın baş məşqçisi püşkü dəyərləndirdi

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, PSJ-yə rəqib olmaqları ilə bağlı deyib:

"Bizim üçün çətin püşk olacağını bilirdik. Şansların 50-50-yə olduğunu düşünürəm. PSJ-də bizim kimi qələbə qazanmaq istəyən, Çempionlar Liqasında mübarizəni davam etdirməli bir komandadır. Buna görə komandaların şansları bərabər olacaq".

"Barselona" ilə PSJ arasında ilk matçda fevralın 16-ı, cavab görüşü isə martın 10-u keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right