"Real"ın futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.
Newsport.az-ın məlumatına görə, o, La Liqanın 12-ci turunda "Atletiko" ilə matçda (2:0) iştirak edərək bunu bacarıb.
Sözügedən görüş 34 yaşlı müdafiəçinin karyerasında 43-cü Madrid derbisi olub. Bununla da, o, "Real"da bu göstəricidə rekorda imza atıb. Ramos Manolo Sançis və Fransisko Xentonu (42 Madrid derbisi) geridə qoyub.
Qeyd edək ki, ispan oyunçu 2005-ci ildən Madrid təmsilçisində oynayır.