“Barselona”nın futbolçuları koronairus pandemiyasının büdcədə yaratdığı problemlərə görə maaşlarının azaldılmasına razı olublar.
Newsport.az-ın məlumatına görə, müvafiq qərar ötən gün verilib. Futbolçular arasında səsvermə keçirilib və çoxluq maaşların azaldılmasına razı olub.
Beləliklə, ”Barselona” iflas retməyəcək və 122 milyon avro qazanacaq. Həmçinin oyunçuların bu məbləği 4 il ərzində geri alması gözlənilir.
Klub futbolçlara verilən bonusu da toplam 50 milyon avro məbləğində azaldacaq. Bundan əlavə, Kataloniya təmsilçisi 190 milyon avroluq maaş və mükafatların bir hissəsinin gec ödənilmədi üçün anlaşacaqlarına ümid edir.