De Breyne ən yaxşı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı oyun qurucusunun adını açıqlayıb.
 
Newsport.az xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Kevin de Breynedir. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Belçikalı futbolçu bu ad uğrunda mübarizədə “Barselona”nın hücumçusu Lionel Messini qabaqlayıb. O, 175, argentinalı futbolçu isə 100 xal toplayıb.
 
Keçən mövsüm ən yaxşı oyun qurucusu Messi olmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right