“Mançester Yunayted” onu İngiltərəyə qaytarmaq istəyir

“Atletiko”nun futbolçusu Kiran Trippyer karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı oyunlçu “Mançester Yunayted”in hədəfindədir. Müdafiə xəttində rəqabət yaratmaq istəyən “qırmızı şeytanlar” Trippyerin keçidi üçün hərəkətə keçəcək.

İngiltərəli futbolçunun transfer qiyməti 20 milyon avro olaraq göstərilir.

Trippyer “Atletiko”ya “Tottenhem”dən transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yazında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right