Arteta 53 il sonra klub antirekordunu təkrarladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 53 il sonra klubun antirekordunu təkrarlayıb.

Newsport.az “Opta”ya istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin uğursuz göstərcisi Premyer Liqanın 11-ci turunda “Tottenhem”ə məğlub olduqları oyunda qeydə alınıb.
 
Onun rəhbərlik etdiyi komanda bundan əvvəlki London derbisində də uduzub. Beləliklə, ispaniyalı mütəxəssis “Arsenal”a baş məşqçi təyin olunduqdan sonra komandanın “Tottenhem”lə ilk 2 matçında meydanı məğlub tərk edib.  Bu, klub üçün antirekord hesab edilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right