SSRİ yığmasının heyətində AÇ-1960-ın qalibi olan Viktor Ponedelnik vəfat edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Keçmiş hücumçu 83 yaşında vəfat edib.
Ponedelnik AÇ-1960-ın SSRİ ilə Yuqoslaviya yığmaları arasında keçirilən final matçında (2:1) komandasına qələbə qazandıran qolun müəllifi olub.