"Barselona"nın müvəqqəti prezidenti Karles Tuskuets klubun ötən yay hücumçu Lionel Messini satmalı olduğunu düşünür .
Newsport.az-ın məlumatına görə, bu barədə o, "Marca"ya açıqlamasında deyib: "İqtisadi vəziyyətə görə Messini ötən yay satardım. Bu, arzuolunan olardı. Gəlir və xərc qənaətini nəzərə almalısınız".
Qeyd edək ki, Messi ötən yay Kataloniya təmsilçisindən ayrılmaq istəyib. Lakin klub argentinalı oyunçunu 700 milyon avro təzminat ödənilmədən buraxmaq istəməyib.