"Barselona" və Messi cərimələndi

İspaniya Futbol Federasiyası "Barselona"nı və komandanın kapitanı Lionel Messini cərimələyib.

Newsport.az-ın məlumatına görə, buna argentinalı hücumçunun La Liqanın 11-ci turunda “Osasuna” ilə matçda (4:0) Dieqo Maradonanın xatirəsini yad etmək üçün onun “Nyuells Old Boys" formasını geyinməsi səbəb olub.

Messi intizam qaydalarının 91-ci maddəsini pozduğu üçün 600 avro cərimə ödəyəcək, "Barselona" da öz növbəsində 52-ci maddənin pozulmasına görə 350 avro ödəmək məcburiyyətində qalacaq.

Qeyd olunur ki, Messinin cəzası ağır deyil, çünki bu maddəni pozduğu üçün onun 3 min avroya qədər cərimə almaq mümkün idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right