"Real" La Liqada "Alaves" (1:2) və Çempionlar Liqasında "Şaxtyor" (0:2) üzərində məğlubiyyətə baxmayaraq, baş məşqçi Zinəddin Zidana tam etibar edir.
Newsport.az-ın məlumatına görə, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki rəhbərlik fransalı mütəxəssisi istefaya göndərməyi düşünmür.
Qeyd edək ki, Madrid təmsilçisi ÇL-in B qrupunda 7 xalla 3-cüdür. La Liqada 3 həftədir qalib gələ bilməyən “kral klubu” 17 xalla 4-cü pillədə qərarlaşıb.