“Barselona” asan uddu, "Qarabağ”ın rəqibi liderə uduzmadı La Liqada XI tur

İspaniya La Liqasında XI turun mübarizəsi davam edir.

Newsport.az-ın məlumatına görə, “Barselona” evdə “Osasuna”nı 4 cavabsız qolla darmadağın edib.

4 qolun vurulduğu digər matçda “Qranada”nı məğlubiyyətə uğradan “Selta” son pillədən ayrılıb.

“Xetafe” – “Atletik” görüşündə qalib müəyyənləşməyib. Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Vilyarreal” səfərdə “Real Sosyedad”la qarşılaşıb.

Qonaqlar erkən qolla hesabda önə keçsə də, çempionatın lideri məğlubiyyətdən xilas olub.

29 noyabr
 

“Barselona” – “Osasuna” – 4:0
Qollar: Braytveyt, 29, Qrizmann, 42, Koutinyo, 57, Messi, 73
 

“Xetafe” – “Atletik” – 1:1
Qollar:Rodriges, 75 – Villalibre, 9
 

“Selta” – “Qranada” – 3:1
Qollar:Nolito, 27, Baeza, 81, Beltran, 85 – Suares, 25
 

“Real Sosyedad” – “Vilyarreal” – 1:1
Qollar: Oyarzabal, 33 (pen.) – Moreno, 6 (pen.)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right