İngiltərə millisinin sabiq müdafiəçisi Coleon Leskott karyerasını bərpa edib.
Newsport.az-ın məlumatına görə, 38 yaşlı futbolçu İspaniyanın III Liqa təmsilçisi "Rasinq Mursiya" klubu ilə müqavilə bağlayıb. Leskott yeni komandasındakı debüt matçını İspaniya kuboku çərçivəsində dekabrın 16-da "Levante"yə qarşı keçirəcək.
İngiltərə millisində 30-a yaxın oyun keçirmiş Leskottson olaraq 2017-ci ildə "Sanderlend"də forma geyinmişdi.