Milli komandamız və "Kayserispor"un qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, PTT 1-ci liqanın son turunda "Osmanlıspor"la oyunu buraxan qilkiperin məşq zamanı zədələndiyi məlum olub. Əlindən zədə alan Ağayevin bir həftə məşq edə bilməyəcəyi bildirilir.
Yəni, Kamranın zədəsi ciddi deyi. O, qısa müddətdən sonra yenidən sıraya dönəcək.