"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Dinamo" (Kiyev) ilə oyunu buraxacaq.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçunun adı sözügedən matç üçün iştirak ərizəsinə daxil edilməyib. Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman 33 yaşlı oyunçuya istirahət vermək üçün bu addımı atdığını bildirib: "Çempionlar Liqası qrupundakı mövqeyimiz olduqca rahatdır. Doqquz xal topladıq. Leonel Messi və Frenk De Yonqun istirahətə ehtiyacı var idi".
Qeyd edək ki, "Dinamo" - "Barselona" görüşü sabah keçiriləcək.