"Messini başqa klubda görmürəm" - Kuman

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın futbolçusu Lionel Messinin "Mançester Siti"yə mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

Newsport.az-ın məlumatına görə, o, argentinalı hücumçunu başqa klubda görmədiyini deyib: "Messi və "Mançester Siti"? Onu digər klubda görmürəm. Və bu suallara daha çox cavab verməyəcəyəm.

Messinin "Barselona" ilə müqaviləsi davam edir. Ümid edirəm ki, burada olacaq. Mən onun klubda qalmasına çalışacaq insan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik, amma hazırda "Barselona"nın oyunçusudur".

Qeyd edək ki, Messi yayda Kataloniya təmsilçisindən ayrılmaq istəyib. Ancaq o, klubda təzminatsız getməyinə icazə verilmədiyi üçün 22 yaşlı oyunçu klubda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right