FİFA-dan hamilə futbolçular üçün mühüm qərar

FİFA dekabr ayında keçiriləcək konqresində qadın futbolçular üçün mühüm qərar qəbul etməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, hamilə qalan qadın futbolçuları azı 14 həftəlik analıq məzuniyyəti imkanı yaradılacaq. Müddətin ilk 8 ayı ərzində qadın futbolçular maaşlarının 2/3 hissəsini ala biləcəklər.

Məzuniyyətdən qayıdan futbolçunun uyğunlaşma dövründə tələb olunan tibbi dəstək isə klub tərəfindən təmin olunacaq.

Qeyd olub ki, bu qaydaları pozan klublar cərimə və transfer qadağaları ilə üzləşəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right