"Barselona" prezidentliyinə namizəd Viktor Font "Əl-Sadd"ın çalışdırıcısı Xavinin klubun baş məşqçisi olmasını istəyir.
Newsport.az xəbər verir ki, bu barədə o, "Mundo Deportivo"ya açıqlamasında deyib. V.Font bildirib ki, Xavi baş məşqçi olacağı təqdirdə, "Real"ın kapitanı Serxio Ramosu istəsə, onu almağa çalışacaq:
“Yalnız nəticə barədə düşünməyi dayandırmağın vaxtı gəldi. Bu baxımdan Xavini kluba qaytarmaq mənmtiqlidir. Bu, layihəyə rəhbərlik etmək üçün ən uyğun şəxsdir. Xavi məndən Serxio Ramosla müqavilə imzalamağımı istəsəydi və iqtisadi baxımdan faydalı olsaydı, bunu edərdim".