Millətlər Liqasının 6-cı turunda yığmamızla oyunu buraxan Lüksemburqun qapıçısı Antoni Moris növbəti dəfə koronavirus testindən keçib.
Newsport.az “5minutes.rtl.lu”ya istinadən xəbər verir ki, 30 yaşlı qolkiperdə COVİD-19 aşkarlanmayıb. Nəticədə qapıçının koronavirusa yoluxmadığı məlum olub.
Moris bundan əvvəlki test nümunələrinin nəticəsi müsbət çıxdığı üçün sözügedən oyunda iştirak edə bilməmişdi.
Qeyd edək ki, 17 noyabrda keçirilən Lüksemburq – Azərbaycan matçı 0:0 hesabı ilə başa çatıb.