Argentinanın “Boka Xuniors” klubunun kapitanı Karlos Teves qeyri-adi rekorda imza atıb.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu Argentina Liqa kubokunun “Talleres”lə matçında erkən sarı vərəqə ilə cəzalandırılıb.
O, qarşılaşmanın 3-cü saniyəsində rəqib futbolçusu Tomas Poçettinoya dirsəklə vurduğu üçün sarı vərəqəylə cəzalanıb.
Bununla da, Teves Argentina futbolu tarixində ən erkən sarı vərəqə alan futbolçu olub.