Millətlər Liqasında daha bir oyun ləğv edilib.
Newsport.az-ın məlumatına görə, 6-cı turun bu günə nəzərdə tutulan İsveçrə - Ukrayna matçı baş tutmayacaq.
Ukrayna Futbol Assosiasiyası görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğunu açıqlayıb. Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb.
Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.
Qeyd edək ki, iki gün öncə Rumıniya –Norveç matçı da eyni səbəbdən ləğv olunub.