“Traktor Sazi”- "Paykan" oynunda "Yaşasın Azərbaycan" şüarı

Futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" klubu növbəti dəfə azarkeşlərinə qələbə sevinci bəxş edib.

Newsport.az-ın məlumatına görə, səfərdə "Paykan"la görüşən Azərbaycan klubu rəqibinə 0:2 hesabı ilə qalib gəlib. Təbrizlilərin 2-ci qolundan sonra isə meydanda maraqlı olaylar baş verib. "Traktorsazi"nin braziliyalı futbolçusu Lusiano Edinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək qol sevincini azarkeşlərlə bölüşüb. Lusiano maykasının üzərində "Yaşasın Azərbaycan" sözlərini sevinclə hər kəsə göstərərkən  "Traktorsazi"nin heyətində çıxış edən erməni əsilli futbolçu Andranik Teymuriyan da onu təbrik edib və bu möhtəşəm şüarın şahidi olub. Oyunda "Traktorsazi"nin ilk qolunu azərbaycanlı futbolçu Əhmədzadə vurub.Qeyd edək ki, Azərbaycan klubu hazırda 53 xalla inamla İran çempionatında turnir cədvəlinə başçılıq edir. "Traktorsazi" ən yaxın izləyicisi "Naft Tehran"ı 2 xal qabaqlayır. Təbriz klubunun son oyununun icmalını sizə təqdim edirik:

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right