Millinin baş məşqçisi koronavirusa yoluxduğunu açıqladı

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt koronavirus xəstəliyi keçirdiyini təsdiqləyib.
 
Newsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında deyib.
 
İngilis məşqçi bildirib ki, yoluxmanın ciddi fəsadları olmayıb: "İstənilən halda, bunun xoş təcrübə olduğunu deyə bilmərəm. Xoşbəxtlikdən, indi hər şey qaydasındadır".
 
Sautqeyt 10 gün ərzində Şimali Yorkşirdəki evində özünü təcrid edib. Oktyabr ayının sonunda aparılan testlər onun sağaldığıını təsdiqləyib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right