“Derbi Kaunti” (İngiltərə) baş məşqçisi Filip Kokunu istefaya göndərib.
Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Rəhbərliyin komandanın cari mövsümdəki çıxışından narazı olduğu üçün belə bir addım atdığı bildirilib.
Həmçinin Çempionşip təmsilçisinin yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Komandanı futbolçusu Ueyn Runi çalışdıracaq. O, klubda həm oyunçu həm də baş məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Derbi Kaunti” Çempionşipin turnir cədvəlində 6 xalla sonuncu - 24-cüdür.