Buskets zədələndi

İspaniya millisinin və “Barselona”nın futbolçusu Serxio Buskets zədələnib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçın 72-ci dəqiqəsində dizindən xəsarət alıb. O, oyuna davam edə bilməyib və əvəzlənib.

Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right