İspaniya II Lqasında XII turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Luqo”ya uduzub – 0:1.
İsrafilov bu oyunun iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Albasete” 12 turdan sonra 10 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.