“Real”ın futbolçusu Serxio Ramos növbəti həftənin əvvəllərində mətbuat konfransı keçirəcək.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi karyerasının sonuna qədər “kral klubu”nda qalacağı haqda verdiyi qərarı açıqlayacaq.
Bundan əvvəl isə ispaniyalı oyunçunun PSJ-yə keçəcəyi haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ramos 2005-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu müddət ərzində “Real”la 5 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının qalibi olub.