Matiç "Mançester Yunayted"dən ayrılır

“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç qış transfer pəncərəsində klubdan ayrılmaq niyyətindədir.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ona daha çox oyun şansı veriləcəyi bir komanda axtarışındadır.

Bundan əlavə, Matiç “Mançester Yunayted”lə çempionluq qazanmayıb. Serbiyalı oyunçu əvvəlki klubu “Çelsi” ilə 3 dəfə Premyer Liqanın qalibi olub.

Qeyd edək ki, Matiç 2017-ci ildən “Mançetser Yunayted”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right