Misir millisinin və "Liverpul"un futbolçusu Məhhəməd Salah koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı və yaxın günlərdə yenidən koronavirus testindən keçəcəyi bildirilib.
Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 8 matçda 8 qol vurub.