İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
La Liqa təmsilçisi Eduardo Kudeyə tapşırılıb. 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. Kude bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Oskar Qarsiyanı əvəzləyib.
Qeyd edək ki, “Selta” bu mövsüm La Liqada keçirdiyi 9 turdan sonra 7 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.