"Real" qış transfer pəncərəsi üçün planını müəyyənləşdirib.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi qışda 2 futbolçunu heyətinə qatmaq istəyir. Bunlar Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand və "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqadır. Bildirilib ki, "Real" norveçli oyunçunun transferi üçün artıq Dortmund təmsilçisi ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Holand bu mövsüm 11 oyunda 11 qol vurub, 3 qolun ötürməsini verib. Kamavinqa isə 9 matçda 1 qol və 1 qol ötürməsinin müəllifi olub.