Dmitri Nazarov 6 dəqiqə oynadı

Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" öz meydanında "Qroyter Furt"la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Karlsrue" ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb. D.Nazarov matçın 84-cü dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Karlsrue" 30 turdan sonra 52 xalla 3-cü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right