"Barselona" Fatinin əvəzləyicisini tapdı

"Barselona" zədə səbəbindən təqibən 3-5 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçusu Ansu Fatinin əvəzləyicisini tapıb.

Newsport.az-ın məlumatına görə, gənc oyunçunu ikinci komandanın 19 yaşlı hücumçusu Conrad de la Fuente əvəzləyə bilər . Bildirilib ki, amerikalı vinger Kataloniya akademiyasına 2013-cü ildə qatılıb və 2018-ci ildən bəri "Barselona B"də oynayır. De la Fuente ABŞ U-16 və U-18 komandalarında çıxış edib və  hazırda U-20 milliyə çağırılıb.

Onun "Barselona"nın əsas heyəti ilə mütəmadi məşq etdiyi vurğulanıb. Nəşr yazıb ki, "Barsa" nın baş məşqçisi Ronald Kuman oyunçudan çox məmnundur, bu səbəbdən Fatinin yoxluğu futbolçuya daha çox şans yarada bilər.

Qeyd edək ki, Fati dünən əməliyyat olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right