“Real”ın daha bir futbolçusu zədələnib.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisinin yarımmüdafiəçisi Federiko Valverde sıradan çıxıb.
La Liqanın 9-cu turunun “Valensiya” ilə matçında (1:4) zədələnən futbolçu tibbi müayinədən keçib. Uruqvaylı yarımmüdafiəçinin 3-4 həftə meydana çıxa bilməyəcəyi gözlənilir.
Xatırladaq ki, “Real”ın hücumçusu Kərim Benzema da “Valensiya” ilə görüşdə zədəlib.