"Barselona"nın futbolçusu Ansu Fati əməliyyat olunacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 17 yaşlı futbolçunun sağalma müddəti 2 ayı çəkəcək.
Fati La Liqanın IX turunda "Betis"ə qarşı ev oyununda (5:2) zədələnib.