"Real"dan gözlənilməz məğlubiyyət

“Real” La Liqanın 9-cu turunda “Valensiya”nın qonağı olub.

Newsport.az-ın məlumatına görə, “kral klubu” gözlənilmədən 1:4 hesabı ilə uduzub.
 
Görüşdə hesabı 23-cü dəqiqədə Madrid təmsilçisinin futbolçusu Kərim Benzema açıb- 0:1. Ev sahiblərinin oyunçusu  Kalos Soler 30-cu dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Soler nəhayət 35-ci dəqiqədə penaltidən fərqlənməyi bacarıb- 1:1. 45-ci dəqiqədə “Real”ın futbolçusu Rafael Varan öz qapısına qol vurub- 2:1. Karlos Soler 54-cü və 63-cü dəqiqələrdə də penaltidən qol vurmaqla het-trik edib.

Beləliklə, qarşılaşmanın yekun nəticəsində "Real" "Valensiya"ya məğlub olub- 1:4.

Qeyd edək ki, “Real” La Liqanın turir cədvəlində 16 xalla 4-cü yerdədir. Bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran “Valensiya”isə 5-ci pilləyə yüksəlib.

 



 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right